Binəqədi bələdiyyəsi daha bir maraqlı layihəyə imza atıb. Binəqədi bələdiyyəsi iclasının qərarıyla rayon ərazindəki məktəb şagirdləri arasında Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş rəsm müsabiqəsinə yekun vurulub. Peşəkar insanlardan yaradılan münsiflər heyəti bu günlərdə müsabiqəyə təqdim edilən rəsm əsərləri tanış olaraq yekun qərarını veriblər.
Sərginin qaliblərinə təltif edilməsi isə Binəqədi RiH Başçısı Xaləddin isgəndərovun da iştirkıyla keçirilən hesabat yığıncağında həyata keçirilib.
Yekdil qərara görə, 267 saylı tam orta məktəbin şagirdi Səidə əhmədova birinci yerə, 248 saylı məktəbin şagirdi Günay Abbasova ikinci yerə və 283 saylı məktəbin şagirdi Röya Hüseynova üçüncü yerə layiq görlüblər. Bununla yanaşı bələdiyyənin ictimai həyatında fəal iştirakına görə Səbuhi Talıbov “Fəxri Fərmanla” təltif olunub.
Qlaiblərə mükafatları Binəqədi RiH Başçısı Xaləddin isəgəndərov, Milli Məclsiin üzvü Kamran Bayramov, Azərabycan şəhər Bələdiyyələrinin Mlili Assosiasiyasının icr akatibi Tofiq Həsənov və Azərbaycn Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının sdəri Məhərəm Xəlilov təqdim edib.
Belediyye.info
|
|
|
|
|
|